Azərbaycanın boks üzrə yığma komandasının lideri Alfonso Dominqes (92 kq)
özəkistanlı Lalizbek Mullajonov ilə final döyüşünü keçirib. Azərbaycan təmsilçisi döyüşdə 0:5
hesabı ilə məğlub olub. Əgər bu görüş bizim boksçumuzun qələbəsiylə yekunlaşsaydı, Dominqes Azərbaycan boks
tarixində ilk olimpiya çempionu ola bilərdi. Finala gedən yolda Dominqes Parisdə Kuba,
Qazaxıstan və İspaniyadan olan rəqiblərini məğlub etmişdi.
Paris Olimpiadası Alfonso Dominqes üçün, ikinci idi. O,bundan əvvəl 2020-ci il Oyunlarında
81 kq-da bürünc medal qazanmışdı.
Azərbaycan yığması Paris Olimpiadasında beş nəfərlə təmsil olunub, onlardan dördü mükafatsız
qalıb.
Beləliklə, Azərbaycan Olimpiyadanın 5-ci medalını əldə edib. Bundan əvvəl cüdoçular HidayətHeydərov (73 kq) və Zelim Kotsoev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedov gümüş,
yunan-Roma güləşçisi Xasrət Cəfərov (67 kq) isə bürünc medal qazanıblar.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























