Bu gün Azərbaycanın 3 güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Report xəbər verir ki, qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.
O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.
Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 13:00 radələrində keçiriləcək.
Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq.
Üçüncü yer uğrunda görüşlər saat 20:15-də start götürəcək.
Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək.
Mübarizəyə Bakı vaxtı ilə təxminən saat 21:57 radələrində start veriləcək.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























