Fransada Olimpiya Oyunları ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə açıqlayıb.
“Fransada son həftələrdə COVID-19 hallarında artım müşahidə olunub ki, bu da səhiyyə sisteminə orta dərəcədə təsir göstərə bilər”, – o söyləyib.
Onun sözlərinə görə, Fransanın ilkin tibbi-sanitar mərkəzlərində koronavirus üçün test zamanı “müsbət halların” nisbəti 25 %-ə çatır, baxmayaraq ki, ÜST xəstələnmə nisbətini “əsas” olaraq 5 %-dən az hesab edir.
“Beləliklə, artım var. Bununla belə, səhiyyə sisteminin ciddi yük altında olmasına dair məlumat yoxdur”, – o vurğulayıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































