Çempionlar Liqasında 2026-2027 mövsümü start götürür
8 Sentyabr 12:17
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı hücumçu turnirin tarixində 30 oyun keçirən ilk futbolçu olub. Təcrübəli forvard bunu Avro-2024-ün 1/4 final mərhələsində Fransa seçməsinə qarşı matçda reallaşdırıb.
İkinci sırada isə Portuqaliya millisinin digər üzvü Pepe yer alıb.
Qeyd edək ki, Portuqaliya millisi əsas və əlavə vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında Fransaya 3:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Azərbaycanpolisi.az