Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan komanda 160 xal toplayıb.
Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.
Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































