Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana İngiltərə və Slovakiya yığmaları çıxacaq. Gelzenkirxen şəhərindəki "Feltins Arena"da oynanılacaq görüş Bakı vaxt ilə 20:00-da start götürəcək.
Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































