"Turan Tovuz" baş məşqçi Kurban Berdıyevin təyinatını rəsmən açıqlayıb.
Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, aparılan danışıqlardan sonra tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































