Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib

Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

Münxen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.25

2026.07.24

2026.07.23

2026.07.22

2026.07.21

2026.07.20

2026.07.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az