ANAMA partlamamış hərbi sursatlarla bağlı bir neçə çevik qrup yaradıb

ANAMA partlamamış hərbi sursatlarla bağlı bir neçə çevik qrup yaradıb

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb.

ANAMA-nın mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az