Ermənistan tərəfi atəşkəsin Azərbaycan hərbçiləri tərəfindən pozulması barədə yalan məlumatlar yaymaqda davam edir.
Erməni KİV-i iddia edir ki, aprelin 5-də təmas xəttində Azərbaycanla Ermənistan arasında əldə edilən qarşılıqlı razılıq əsasında təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə qərar veriləndən sonra guya Azərbaycan tərəfi bu razılaşmaya əməl etmir. Erməni mətbuatı iddia edir ki, guya Azərbaycan tərəfi yenidən atəşkəsi pozmaqda davam edib.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilir ki, bu, ermənilərin yaydığı növbəti dezinformasiyadır:
"Bildiririk ki, həmin gündən etibarən Azərbaycan tərəfi atəşkəsə ciddi əməl edir, razılaşmaya sadiq qalıb. Atəşkəs yenə də erməni hərbçiləri tərəfindən pozulur. Bu barədə Ermənistan Kütləvi İnformasiya Vastələrinin yaydığı məlumatlar isə həqiqəti əks etdirmir və dezinformasiyadan başqa bir şey deyil".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































