SON DƏQİQƏ! Ermənilər Goranboyu atəşə tutur

SON DƏQİQƏ! Ermənilər Goranboyu atəşə tutur

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.

Kəndin icra nümayəndəsi Abbas AllahverdiyevAzVision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.

"Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.

Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Sakinlər arasında panika, təşviş yaşanmır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az