Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Apa-nın yerli bürosunun xəbərinə görə, şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub.
Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














