Aprelin 1-dən bu gün günorta saatlarınadək davam edən döyüşlərdə sarsıdıcı zərbələr almış erməni tərəfi itkilərinin sayı ilə bağlı növbəti rəqəmləri açıqlayıb.
Ermənistan KİV-ləri separatçı rejimin "Operativ qərargahı"na istinadən xəbər verib ki, Azərbaycanla döyüşlər nəticəsində "Dağlıq Qarabağ ordusu" 29 hərbçi itirib, onların 7-si zabit və gizir, 22-si çavuş, sıravi və müqaviləli şəxslərdir. Düşmən tərəf itkin düşən hərbçilərinin sayının isə 28 nəfər olduğunu açıqlayıb. Düşmən ölkənin mediası iddia edir ki, yaralanan ermənilərin sayı isə 101 nəfərdir. Onların da 20 nəfəri zabit və gizir, 81 nəfəri isə serjant, sıravi və müqavilə ilə xidmət edənlərdir..
Qarabağ separatçıları Azərbaycanın itki sayı barədə cəfəng, ağlasığmaz rəqəmlər yaymaqla erməni ictimaiyyətini, xüsusilə də Qarabağda məhv edilmiş erməni əsgərlərin yaxınlarını sakitləşdirməyə çalışır. Maraqlısı budur ki, "operativ qərargah" Ermənistana daşınan meyitlərin kimə məxsus olduğunu açıqlamayıb, yalnız "Qarabağ ordusu"nun itkilərinin statistikasından bəhs edib.
Düşmən 14 tankının məhv edildiyini də etiraf edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














