Ali Baş Komandan yaralı hərbçilərə baş çəkdi - FOTO, VİDEO

Ali Baş Komandan yaralı hərbçilərə baş çəkdi - FOTO, VİDEO
Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşdə deyib:

"Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az