Müdafiə nazirinin şəhid Qafarəli Hacıyevi hərbi xidmətdə fərqlənməyə görə layiq gördüyü 3-cü dərəcəli medal şəhidin anasına təqdim olunub.
Apa-nın Qarabağ bürosunun xəbərinə görə, mərasim Yevlax rayon Qaraoğlan kəndində, şəhidin doğulduğu ünvanda təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra hakimiyyətinin əməkdaşları, kənd sakinləri və Q. Hacıyevin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak edib. MN-in tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı şəhidin anası Rüxsarə Hacıyevaya təqdim edib.
Qeyd edək ki, Qafarəli Hacıyev martın 27-də erməni təxribat qrupunun Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazilərinə soxulmağa cəhdinin qarşısını alarkən şəhid olub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














