"Əsir və girovluqda saxlanılanların ailələri ilə "Skype" vasitəsi ilə əlaqə qurması bütün hallarda hakimiyyətlərdən asılı məsələdir".
Apa-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə əlaqə saxlaması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.
K. Duyez bildirib ki, qurumun əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələr arasında əlaqə qurmaqdır: "Adətən bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir. Ya da BQXK-nin nümayəndəsinin köməyi ilə telefon əlaqəsi qurmaq mümkün olur. "Skype" vasitəsilə əlaqə qurmağa gəlincə, bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir".
Qeyd edək ki, Ə. Həsənov BQXK prezidenti ilə görüşdə ondan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype" vasitəsi ilə canlı danışmasının təşkil olunmasını xahid etdiyini deyib.
"O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik", - deyə Ə. Həsənov bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































