Rusiyanın Kemerova vilayətində yaşayan Böyük Vətən müharibəsinin veteranı Varahmatulla Merziyev 95 illiyi münasibətilə Rusiya prezidenti Vladimir Putin, qubernator Aman Tuleev və Osseniki şəhər rəhbəri İqor Romanovdan təbrik məktubu alıb.
AzVision.az `Vestikavkaza`ya istinadən xəbər verir ki, onların təbrikini veterana yerli şəhər şurasının sədri Aleksandr Bıkov çatdırıb.
Varahmatulla Merziyev Şamaxı rayonu Arçeman kəndində anadan olub. O, 1941-ci ildə hərbi xidmətə çağırılıb və Qudermisdə yerləşən təlim batalyonu hərbi hissəsində xidmət keçdikdən sonra 1942-ci ilin iyulunda cəbhəyə göndərilib.
Bundan sonra o əsir düşüb. O, öncə Almaniya, daha sonra isə İtaliyada əsirlikdə olub. Əsirlərin yerini növbəti dəfə dəyişən zaman Merziyev əsrlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub və 1944-cü ilə qədər faşistlərlə mübarizə aparıb. O, Böyük Britaniyanın köməkliyi ilə Sovet İttifaqına qaytarılıb.
1944-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunduqdan sonra Osinniki şəhərinə gəlib və şaxtada qazmaçı, yükvuran, yükvuran briqadanın briqadiri vəzifələrində çalışıb.
O, Böyük Vətən Müharibəsində göstərdiyi şücaət və igidliyə görə II dərəcəli ordenlə təltif olunub.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































