Azərbaycan Dövlət Aqrar Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub
Azərbaycan Dövlət Aqrar Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunan tədbir keçirilib.
ADAU-nun mətbuat xidmətindən redaksiyamıza verilən xəbərə görə dəyirmi masa ətrafına toplanan tələbə və müəllimlər Mübarizin həyat yoluna nəzər salıb, əfsanəvi qəhramanlığından danışıblar.
Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tədbirdə bildirib ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı həyatından keçib, şərəfli Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub. 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur deyən rektor Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub dedi.
Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müəllimi Sevda Abdullayeva və Samirə Qasımova, İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Çinarə Hacıyeva, Aqrobiznes və idarəetmə fakültəsini 1-ci kurs tələbəsi Adil Hacıyev çıxış edərək cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu deyiblər.
Əlihüseyn ŞÜKÜROV
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































