Şəhid əsgərimiz dəfn edilib

Şəhid əsgərimiz dəfn edilib

Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində Yevlax şəhərindən olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Bu gün İmran Mirzəyevin nəşi doğulduğu Yevlax şəhəri Aran qəsəbəsinə gətirilib və ailə üzvülərinə təhvil verilib. Saat 12-00 da Şəhidlə vida mərasimi keçirilib və ailə üzvülərinin, Şəhər ictimayətinin iştirakı ilə dəfn olunub. Mərasimdə Yevlax şəhər İra Hakimiyyətinin Başçısı Qoca səmədov, Müdafiə Nazirliyinin əməkdaşları, Yevlax Hüquq mühafizə orqanlarının rəhbərləri və Şəhidin əsgər yoldaşları iştirak ediblər.

Onu da əlavə edək ki, Mirzəyev İmran Xudaverdi oğlu 1996-ci ildə Yevlax Rayonu aran qəsəbəsində anadan olub. 2014-cü ilin oktyabr ayında Yevlax şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi, Yevlax Şəhər İcra Hakimiyyəti Başcısı şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az