Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirilib.
Apa-nın məlumatına görə, filmin ideya və ssenari müəllifi Nərmin Məmmədli bildirib ki, film milli qəhrəman Salatın Əsgərovanın vətən sevgisini və qəhrəmanlığını tərənnüm etmək üçün hazırlanıb: "Mən Salatın Əsgərovanı özümə ideal seçmişəm və fəxr edirəm ki, belə bir film ərsəyə gəlib. Bu filmlər gənclərimizə vətənpərvərlik ruhunu aşılayır. Digər qəhrəmanlarımız haqqında da bu cür filmlərin olması vacibdir".
Daha sonra qısametrajlı film nümayiş etdirilib.
Əməkdar artist Mehriban Xanlarova qeyd edib ki, filmdə şəhid Salatın Əsgərovanın anası rolunu canlandırıb və bu, onun üçün böyük şərəfdir. O, filmdə şəhid anasının ağrı-acısını, iztirablarını tamaşaçılara çatdırmağa çalışdığını söyləyib.
Xatırladaq ki, 1991-ci ilin yanvarın 9-u jurnalist Salatın Əsgərova Qarabağ müharibəsi ilə bağlı peşə fəaliyyətini yerinə yetirərkən Laçın-Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb. Onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və S. Əsgərova qətlə yetirilib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














