"Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi də AŞPA-ya təqdim edilib".
APA-nın məlumatına görə, bunu AVCİYA prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüElxan Süleymanov deyib. O bildirib ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq: "Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı "AzərbaycanDağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması", ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq"
E. Süleymanov qeyd edib ki, səsvermə ərəfəsində dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir: "Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub. Lakin biz haqqın və ədalətin qələbə çalacağına ümid edirik".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































