NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasında iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabitimiz müdafiə naziri, general-polkovnik Zakir Həsəsnovun əmrinə əsasən mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.
İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Hərbi qulluqçularımızın çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














