Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fətəliyev Eldar Səxavət oğlunun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı bu gün ailəsinə təqdim edilib.
Apa-nın qərb bürosunun verdiyi məlumata görə, medalın təqdimat mərasimi şəhidin doğulub, boya-başa çatdığı Novo-İvanovka kəndində yerləşən evində təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və ictimaiyyət nümayəndələri iştirak edib.
Medal şəhidin atası Səxavət Fətəliyevə təqdim olunub. O, oğlunun vətən uğrunda şəhid olduğundan qürur duyduğunu deyib, ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Ramiz Yediyarov deyib ki, Gədəbəy Qarabağ müharibəsində 188-ci şəhid verib.
Daha sonra şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, Eldar Fətəliyev bu il iyulun 24-də ermənilər Goranboy, Tərtər,Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.
Düşmənin qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































