Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTO

Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTO

İyulun 31-də DSX Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Apa-nın cənub bürosunun məlumatına görə, gənc əsgərlər hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Mərasimdə çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıb, onlar üçün yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az