AZƏRBAYCANIN MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOV 1968 -ci il oktyabr ın 8 - də Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978 -ci ildə burada məktəbi bitirdikdən sonra kənddəki "Oktyabr" sovxozunda işləyir. 1979 - 1981 -ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
1991-ci ildə cəbhəyə yollanan Elşad Hüseynov Füzuli, Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirak etdikdən sonra Ağdam uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olur. O vaxt qəhrəmanın 32 yaşı və 3 qız övladı var idi. Bu gün qəhrəmanın atasını ən çox fərəhləndirən isə kənddə çoxlarının övladlarına fəxrlə Elşad adı verməsidir. Onların hər birini görəndə həqiqətən də şəhidlərin ölmədiyinin şahidi olduğunu deyir.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992 -ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda adına küçə var, büstü qoyulub...
Əlihüseyn ŞÜKÜROV
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












