"Girovların ailələrinə onların səhhəti və saxlanma şəraitləri barədə məlumat verilib"
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşüblər.
Bu barəda ANS-ə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. "Görüş iyunun 24-də keçirilib. Girovların ailələrinə onların səhhəti və saxlanma şəraitləri baradə məlumat verilib", - deyə İlahə Hüseynova bildirib.
D.Əsgərovun oğlu bir müddət öncə açıqlamasında atasının son göndərdiyi məktubda 4-5 cümlənin qaralandığını demişdi. "Mən həmin yerləri oxutdurdum. Qaralanmış yerlərdə bildirirdi ki, heç bir günahı yoxdur". Kürdoğlu Əsgərov həmçinin bildirib ki, atası məktubda ona qarşı sürülən iddiaların hamısını yalanlayıb.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nın Dilqəm Əsgərovla bağlı çatdırdığı məlumatlara inanmadığını bildirmişdi. O həmçinin BQXK, ATƏT, BMT-nin İnsan Hüquqları, Qaçqınlar üzrə Ali Komissarlığa müraciət etdiyini, lakin heç bir cavabın verilmədiyini demişdi.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Onların yanında olan Həsən Həsənov isə qətlə yetirilmişdi. Onun cənazəsi hadisədən bir neçə ay sonra ailəsinə təhvil verilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb.
Ş.Quliyev öd kisəsində yaranmış problemlə bağlı əməliyyat edilmişdi.
BQXK əməkdaşları müntəzəm olaraq girovlara baş çəkir.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































