Mayın 27-də Respublika günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində şəxsi heyətin xüsusi toplantısı keçirilib.
Virtualaz.org qurumun saytına istinadən bildirir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev toplantını açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb.
O, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu vurğulayaraq Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirib. Cəmi 23 ay yaşamış bu cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan işlər gördüyü, Azərbaycanın gələcək müstəqilliyi üçün təməl yaratdığı diqqətə çatdırılıb.
Tədbirdə XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində möhkəmlənərək qorunub saxlanılması və bu gün ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması xüsusi ilə qeyd edilib.
Tədbirdə "28 May - Respublika Günü" münasibətilə 107 nəfər xidmət əməkdaşının mükafatlandırılması və 105 nəfərə xüsusi hərbi rütbələrin verilməsi barədə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən imzalanmış əmr diqqətə çatdırılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












