Moskva aeroportları işini dayandırdı

Moskva aeroportları işini dayandırdı

Rusiyanın paytaxtı Moskvada bütün hava limanları öz işinə 50 dəqiqəlik fasilə verib. ANS-in məlumatına görə, buna II Dünya Müharibəsində Qələbənin 70-illiyi münasibətilə mayın 9-da keçiriləcək hərbi paradın sonuncu məşqinin keçirilməsi səbəb olub.

Moskva hava limanları yerli vaxtla saat 10:30-dan 11:20-dək işini dayandırıb. Həmin müddətdə müxtəlif aerodromlardan uçan təyyarə və helikopterlərin səmada düzülüş təşkil edilib. Bu zaman yalnız 9-11 min metr yüksəklikdə tranzit sərnişin təyyarələrinin uçuşuna icazə verilib.

Analoji məhdudiyyətlər mayın 9-da hərbi parad zamanı da qüvvədə olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az