Təhsil Nazirliyinin əməkdaşları şagirdini xilas edərkən həlak olmuş müəllimin ailəsinə başsağlığı verib
Təhsil Nazirliyi Sabirabadda şagirdini xilas edərkən çayda boğulan müəllimin ailəsinə ev tikib. ANS-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yazıb:
"Bu gün Sabirabad rayonunun Cavad kəndində 5 ay bundan əvvəl öz həyatı hesabına məktəbli qızı xilas etmiş Əhliman müəllimin hüzr mərasimində iştirak etdik. Təhsil Nazirliyinin rəhbərliyinin başsağlığını Əhliman müəllimin ailəsinə çatdırdıq. Bu səfər zamanı eyni zamanda Əhliman müəllimin ailəsi üçün Təhsil Nazirliyi tərəfindən yeni inşa olunan mənzilə baxdıq. İnşallah bu mənzil yaxın iki aya istifadəyə veriləcək.
Allah rəhmət etsin!"
Kür çayında batan və itkin düşən 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti 4 may tarixində batdığı yerdən 3-4 kilometr aralıda tapılıb.
Xatırladaq ki, 05 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov "VAZ 2107" markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayıb. Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












