Zakir Həsənov Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Apa-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi, rəsmi İrəvanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb.
"Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir.
Ermənistanın kriminal hərbi-siyasi rejimi öz xalqını informasiya vakuumunda saxlamaqla itkilərini gizlədir və gənclərini girova çevirməklə onları bu mənasız müharibədə qırdırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bildirdiyi kimi münaqişənin yeganə həll yolu işğalçıların ərazilərimizi tərk etməsidir.
Düşmən anlamalıdır ki, bizim yolumuz haqdır. Silahlı Qüvvələrimiz işğalçıları məhv etməyə daim hazırdır. Ordumuzun arsenalında, xüsusilə özümüzün və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik", - deyə müdafiə naziri bildirib.
Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































