23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəbhədə vətənin müdafiəsində dayanmışdı
Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadənin cənazəsi dəfn olunmaq üçün doğulduğu Biləsuvar şəhərinə gətirilib.
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində düşmən gülləsinə tuş gələn 23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəbhədə vətənin müdafiəsində dayanmışdı. Doğma ocağına şəhid kimi dönən gizirin cənazəsi rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin, doğmalarının iştirakı və üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə kənd qəbristanlığına aparıldı. Şəhid dünyadan vaxtsız köçmüş atasının yanında torpağa tapşırıldı.
Mərasimdə iştirak edən müdafiə nazirliyinin rəsmiləri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Şahmurad Əlizadənin xatirəsinin daim anılacağını, vətən yolunda şəhidliyin bundan sonrakı nəsillər üçün də müqəddəs borc olduğunu bildirdilər.
Şəhidin doğmaları da vətənə layiqli, gənc nəslə örnək oğul böyütdüklərinə görə fəxr etdiklərini dilə gətirdilər. Azərbaycan bayrağı şəhidin qardaşlarına təqdim edildi.
Şahmurad Əlizadələr ailəsinin 3-cü oğul övladı idi. İndi bu ocağa gələnləri igid gizirin şəhid ruhu, bir də yenilməz Azərbaycan bayrağı salamlayır.
Allah rəhmət eləsin!
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












