Anar Atayev Ağcabədinin Minəxorlu kəndində dəfn edilib
Ötən gün şəhid olan müddətdən artıq hərbi qulluqçu Anar Atayev Ağcabədinin Minəxorlu kəndində torpağa tapşırılıb.
ANS-in məlumatına görə, şəhidin vida mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimayəti, əsgər yoldaşları da iştirak edib. Havaya yaylım atəşi açılıb. 24 yaşlı Anar Atayev öz doğum günündə şəhid olub.
Şəhidin atası Mamed Atayev qeyd edib oğlunun həmişə cəbhədən yaxşı sədaları gəlib. "Amma nədənsə belə oldu. Qismət. Vətən sağ olsun!"
Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.
Allah rəhmət eləsin!
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































