Azərbaycan və İran dəmir yolları idarəsinin nümayəndələri Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin, yəni Zəngəzur dəhlizinin tikintisini müzakirə ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq mesaj dərc edib.
Onun sözlərinə görə, görüş İrana rəsmi səfəri zamanı baş tutub. Orada Rüstəmov İslam Respublikasının dəmir yolu idarəsinin rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi ilə danışıqlar aparıb.
“Müzakirələrimizin mövzusu Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin tikintisi olub”, - ADY-nin rəhbəri deyıb.
Rüstəmovun sözlərinə görə, tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi barədə də danışıblar. Azərbaycan tərəfi Bakının hər iki marşrutun inkişafı istiqamətində atdığı addımlardan da danışıb. Gələcək planlar da müzakirə mövzusu olub.
Qeyd edək ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev hazırda Tehranda səfərdədir. Bir gün əvvəl o, İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparıb. Mustafayev bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə də görüşüb.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


