“Politico” xəbər verir ki, qadınların vəhşicəsinə qətlə yetirilməsi silsiləsi Türkiyədə geniş etirazlara səbəb olub, prezident Rəcəb Tayyib Ərdoğan cinayət qanunlarını sərtləşdirməyə söz verib.
Bu il ölkədə 300-ə yaxın qadın öldürülüb, lakin etirazçıların çoxu hakim AKP partiyasının qadınlara qarşı zorakılıq məsələsinə lazımi diqqət yetirmədiyinə inanır.
Üç səs-küylü qətl hadisəsi ictimaiyyətin qəzəbinə səbəb oldu. Ötən ay 19 yaşlı Semih Çelik İqbal Uzuner adlı qadını anasının gözü qarşısında başını kəsərək öldürüb və İstanbulda tarixi divardan atıb.
Həmin gün o, digər qadın Aysenur Xəlilin boğazını kəsərək öldürüb. Bu qətllər cinayət keçmişi olan bir şəxs tərəfindən öldürülən 26 yaşlı polis qadının ölümündən az sonra baş verib.
Tənqidlərə cavab olaraq Ərdoğan parlamentdə bildirib ki, son faciələr cəmiyyətdə haqlı hiddətə səbəb olub və cinayətkarlar üçün cəzaların gücləndiriləcəyini və vaxtından əvvəl azadlığa buraxılmalarının dayandırılacağını vəd edib.
Lakin çoxları onun sözlərinə şübhə ilə yanaşır, Türkiyənin 2021-ci ildə qadınlara qarşı zorakılıqla mübarizəyə dair əsas beynəlxalq sənəd olan İstanbul Konvensiyasından çıxmasını xatırladır.
Fəallar hökuməti zorakılıq dalğasının qarşısını almaq üçün dərhal daha güclü addımlar atmağa çağırır, lakin bir çoxları təklif olunan tədbirlərin vəziyyəti effektiv şəkildə dəyişdirəcəyinə şübhə edirlər.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


