“Google”, istifadəçilərin saxta və fırıldaqçı saytlara getməməsinə kömək edəcək yeni funksiyanı axtarışda sınaqdan keçirməyə başlayıb. “The Verge” xəbər verir ki, indi bəzi axtarış sorğularında bəzi şirkətlərin rəsmi saytlarının yanında mavi onay işarələri göstərilir.
“Google” sözçüsü Molli Şahin bildirib ki, şirkət mütəmadi olaraq alıcılara etibarlı biznesləri onlayn tapmağa kömək edən funksiyalar üzərində sınaqlar keçirir. Hazırda axtarış sistemində bəzi saytların adlarının yanında onay işarəsi ilə kiçik eksperiment aparılır.
Hazırda bu işarə “Microsoft”, “Meta”, “Epic Games”, “Apple”, “Amazon” və “HP”-nin rəsmi saytlarının yanında görünüb. Bununla belə, yenilik bütün istifadəçilər üçün deyil, seçmə şəkildə işləyir. Həmçinin qeyd olunur ki, işarənin üzərinə aparanda bunun rəsmi sayt olmadığını bildirən mesaj göstərilir, lakin “Google” özü şirkətin özünün etibarlılığına zəmanət vermir.
Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt işləyəcəyi açıqlanmır. Yeniliyin hansı regionlarda sınaqdan keçirildiyi də məlum deyil.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


