“The Wall Street Journal” Ukrayna mənbələrinə və Qərb kəşfiyyatının məlumatlarına istinadən yazır ki, Rusiya-Ukrayna müharibəsi zamanı ölən və yaralananların sayı bir milyon nəfərə çatıb.
Ukrayna tərəfinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrində ölənlərin sayı 80 min hərbçi olub, daha 400 min nəfər isə yaralanıb.
Rusiya, Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, genişmiqyaslı işğal nəticəsində 600 min əsgər itirib: 200 min ölü və 400 min yaralı.
“WSJ” vurğulayır ki, bu, yalnız təxmini rəqəmlərdir və Qərb kəşfiyyat agentliklərinin Rusiya ilə bağlı məlumatları dəyişir. Lakin tərəflərdən heç biri bu məlumatı açıqlamadığından itkilərin dəqiq sayını müəyyən etmək mümkün deyil.
“Wall Street Journal” çoxlu itkiləri Rusiya Federasiyası üçün problem adlandırır, lakin qeyd edir ki, Ukrayna tərəfində təxminən eyni rəqəmlər daha böyük zərərə səbəb olur, çünki Ukrayna əhalisi daha azdır. Mövcud məlumatlara görə, genişmiqyaslı müharibə başlayandan sonra 10 milyona yaxın insan Ukraynanı tərk edib və ya işğal olunmuş ərazilərdə qalıb.
Ekspertlərin fikrincə, Putini Ukraynaya genişmiqyaslı işğala sövq edən səbəblərdən biri Rusiyada xroniki demoqrafik tənəzzül problemini həll etmək cəhdi olub. Avropa demoqrafiyası haqqında kitab yazan bolqar politoloq İvan Krastev deyib: “Putin üçün demoqrafiya prioritet məsələdir və o, Ukrayna və onun xalqından Rusiyanın slavyan nüvəsini konsolidasiya etmək üçün istifadə etmək istəyir”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































