İraq və ABŞ “İslam Dövləti” (İŞİD) ilə mübarizə aparan beynəlxalq koalisiya qüvvələrini
İraqdan çıxarmaq planları barədə razılığa gəliblər.Bu barədə mənbələrə istinadən “Reuters”
məlumat yayıb.
Razılaşma Bağdad və Vaşinqton arasında altı aydan çox davam edən danışıqların nəticəsi idi.
İlkin plan yüzlərlə hərbçinin 2025-ci ilin sentyabrına qədər, qalanlarının isə 2026-cı ilin
sonunadək çıxarılmasını nəzərdə tutur. Tərəflər ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra
bəzi ABŞ hərbçilərinin İraqda qalmasına imkan verəcək razılaşma əldə etməyə çalışırlar.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, razılaşmanın rəsmi elanı bir neçə həftə əvvəl
nəzərdə tutulmuşdu, lakin Yaxın Şərqdə vəziyyətin pisləşməsi və qalan detalları dəqiqləşdirmək
üçün təxirə salınıb.
Yanvarın 6-da İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İraqda koalisiya qüvvələrinin
fəaliyyətinə son qoymaq üçün şərait hazırlayacaq xüsusi komitənin yaradıldığını elan edib.
Səbəb İranyönlü İD "Xalq səfərbərliyi Qüvvələri" (PMF) qruplaşmasına qarşı döyüşlərdə iştirak
edən səhra komandiri Müştaq əl-Cəvarinin Bağdadda Amerikanın hava zərbəsi nəticəsində
öldürülməsi olub. Eyni zamanda, İraqın Amerika qoşunlarının çıxarılması tələbi “daxili
auditoriyanı qane etmək cəhdi” idi, lakin faktiki olaraq, İraq hakimiyyətinin bu kontingenti
saxlamağa daha çox meylli olduğu iddia edilir, “Politico” ABŞ Dövlət Departamentindəki
mənbəyə istinadən yazır.
Yanvarın 25-də İraq Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların uğuru və işçi qruplar səviyyəsində
Ali Hərbi Komitənin fəaliyyətə başlaması barədə məlumat verib.
Qoşunlar İraqda 2014-cü ildə “İslam Dövləti” qruplaşmasına qarşı döyüşmək üçün yaradılmış
beynəlxalq koalisiyanın tərkib hissəsi olaraq o vaxtdan davam edən “Sarsılmaz qətiyyət” hərbi
əməliyyatı çərçivəsində qalırlar. Onlar Bağdad Beynəlxalq Hava Limanında, şəhərin xarici
səfirliklərin yerləşdiyi yaşıl zonada, İŞİD-in gizli qruplaşmalarının qaldığı qərbdəki Anbar
əyalətindəki Əl-Əsəd aviabazasında və bir sıra başqa yerlərdə yerləşdirilib.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































