Hörmətli Prezident, ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan möhkəm və güclü dövlətçilik kursunu davam etdirərək Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə nəinki bölgəmizin, həm də dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirdiyiniz hamıya məlumdur. Sizə müraciət etməyimə səbəb - bu gün bir həftədən artıq komada olan 20 ildən artıqdır mediada fəaliyyət göstərən jurnalist həyat yoldaşım, "Oxu məni" qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, "Mediapress.az" Xəbər Agentliyinin Baş redaktoru, "Tərəqqi" medalı ilə təltif edilən Natiq Qocamanın ağır xəstə olması ilə bağlıdır. Hörmətli Prezident, Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğunu deyirlər. Buna isə bizim imkanımız yoxdur. Cənab Prezident, Sizin humanizminizi, ağır vəziyyətdə olan imkansız vətəndaşlarımıza, o cümlədən vəziyyəti ağır olan xəstə jurnalistlərin müalicəsinə dəfələrlə yardım göztərdiyinizi, iki azyaşlı övladımızı nəzərə alaraq Zati-alilərinizdən həyat yoldaşım Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, Siz, həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq onun müalicəsi üçün lazım gələn bütün köməklikləri göstərəcəksiniz.
Hörmətlə: Jurnalist Könül Qocayeva (AYPARA)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































