Rusiyanın Saratov vilayətində sosial şəbəkələrdə ekstremizmə görə bu ölkədə ilk dəfə inzibati cəza haqqında məhkəmə qərarı qəbul edilib.
Saratov sakini Aleksey Alekseyev "VKontakte" sosial şəbəkəsində milli ədavətə, ekstremizmə çağıran materiallar yayıb, Qafqaz, Orta Asiya regionlarının əhalisini, ukraynalıları, zənciləri, meksikalıları təhqir edib, ağ dərililərin digər irqlərdən üstün olduqlarını yazıb.
Vilayət məhkəməsi Alekseyevin ilk dəfə inzibati qanun pozuntusunda təqsirli bilinməsini, təqsirini boynuna almasını və peşman olmasını nəzərə alaraq, barəsində 5 sutka müddətində inzibati həbs cəzası təyin edib.
Qeyd edək ki, ötən ilin noyabrında Rusiya parlamentinin qəbul etdiyi qanuna dəyişikliklərə əsasən, sosial şəbəkələrdə ekstremist məzmunlu informasiya yaymaqda ilk dəfə təqsirləndirilən şəxslərə qarşı yalnız inzibati cəza tətbiq ediləcək.(azərtac)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































