Dünən Kaliforniyanın Santa Klara şəhərində Cənubi Azərbaycandan olan ermənipərəst müğənni Rəhim Şəhriyarinin konserti olub. Konserti bir qrup azərbaycanlı boykot edib.
Bu barədə Musavat.com-a Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri məlumat verib.
Onun dediyinə görə, sözügedən müğənni farsların və ermənilərin sevimlisidir. Daha öncə bir neçə dəfə Kaliforniya Azərbaycan Mədəniyyət Evinə konsert təşkilatçılığı üçün müraciət etsə də, rədd cavabı alıb: "Biz onun konsertini hər dəfə boykot edirik. Bu şəxs Cənubi Azərbaycanda da bizim fəallarımızı polis vasitəsilə tutdurub. Budəfəki konsert zamanı bizim fəallarımız əlləri ilə bozqurd şəkli göstərərərk, öz etirazlarını nümayiş etdiriblər".
H.Azəri bildirib ki, bu şəxs Azərbaycanda da konsert proqramı keçirib və azərbaycanlı müğənnilərlə yaxşı əlaqələr qurub: "Budəfəki konsertini də "Azerbaycan music koncert" adı ilə reklam edirdi. Çalğıçıları ermənidir. Konsert zamanı onları ayağa qaldıraraq tamaşaçılara təqdim edib və deyib ki, bizim ermənilərlə, fars və kürdlərlə heç bir problemimiz yoxdur".
H.Azəri bildirib ki, Azərbaycanda da bu şəxslər olduğu kimi təqdim edilməli, ölkədə konsert verməsinə şərait yaradılmamalı, eyni zamanda yerli müğənnilər onunla dostluq münasibətlərinə bir daha baxmalıdır.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














