Rusiyalı müğənni Ani Lorakla türkiyəli biznesmen Murat Nalçaçıoğlu rəsmi şəkildə ayrılıblar.
Kiyevin Şevçenko rayon məhkəməsi 31 yanvar tarixli iclasında Ani Lorakla Murat Nalçaçıoğlunun 10 illik evliyiyinə son qoyub. Məhkəmə iclasında nə müğənni, nə də biznesmen iştirak etməyib.

İclas qapalı şəkildə keçirilib və 5 dəqiqədən çox çəkməyib. Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib. Cütlüyün 7 yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq. A. Lorakın Kiyevdə və Moskvada mənzilləri, Muratın isə Ukraynda bir neçə klub və restoranları var.
Qeyd edək ki, boşanmaya səbəb Ani Lorak Bakıda "Jara" festivalında olarkən əri Muratın onu "Instagram" vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənərkən yayılan görüntüləri səbəb olmuşdu.
Xatırladaq ki, müğənni gələcək həyat yoldaşı ilə 2005-ci ildə Türkiyədə istirahət edərkən tanış olmuşdu. Murat Nalçaçıoğlu ilə Ali Lorakın toyu 2009-cu il avqustun 15-də baş tutmuşdu. Cütlük həm Ukraynada, həm də Türkiyə toy etmişdi. Cütlüyün 2011-ci ildə Sofiya adlı qız övladı dünyaya gəlib.
Hüseyn Məmmədsalahov
BAKU.WS


Baku.vvs
Baku.vvs
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































