Yanvarın 24-də axşam evə gedərkən metronun "20 Yanvar" stansiyasının perronunda nişan üzüyü tapan Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli onu polisə təhvil verib.
Kult.az xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb.
"Üzük tapılan vaxt təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər. Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb, düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək". – o bildirib.
O qeyd edib ki, üzük stansiyanın perronunda "Dərnəgül" istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarı da onunla bir yerdə olub:
"Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, İnşallah!"
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






























.jpg)
.jpg)










.jpg)













