Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları "Müqəddəs Nikolay Xaçı" ordeni ilə mükafatlandırıb.
Bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.
Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır.
Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib: "Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm".
Ümid və Sabir isə özlərini qəhrəman hesab etmədiklərini, sadəcə həmin anda atılmalı olan addımı atdıqlarını deyiblər: "Yanan maşından çıxardığımız qadın ərini xilas etməyimizi istədi. O, avtomobildə sıxılıb qalmışdı. Alov isə qaz balonuna doğru gəlirdi. Biz onun ərini qaldırıb avtomobildən çıxaran kimi partlayış oldu".
Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur. (qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































