Günlərlə soyuq havada küçədə qalan yaşlı qadın Bakıda sığınacağa yerləşdirilib.
Xezerxeber.az-ın məlumatına görə, 65 yaşlı Zivər Abbasova xeyli müddətdir ki, çətin həyat sürür. Əvvəllər kafe-restoranlarda işləsə də, sonradan fiziki cəhətdən zəiflədiyindən işsiz qalıb. Odur ki, günlərlə küçədə ac-susuz yaşayıb.
Zivər Abbasova həyat yoldaşını 9 il bundan qabaq şəkər xəstəliyi səbəbindən itirib. Sonradan isə özü də bu xəstəliyə tutulub. Soyuq havada küçələrdə gecələməsi onun xəstəliyini daha artırıb.
Zivər Abbasova deyir ki, həyatda yeganə qohumları qardaşının həyat yoldaşı və uşaqlarıdır. Amma onlar yaşlı qadının ata mülkünü sataraq onu küçədə qoyub.
Zivər Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq"da məskunlaşıb. Yaxın günlərdə isə o, qocalar evinə yerləşdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






























.jpg)
.jpg)










.jpg)













