Son illərdə Azərbaycan və Türkiyə arasında mətbuat sahəsində əməkdaşlıq ildən-ilə genişləndirilməkdədir. Bu işdə hər iki ölkənin Kütləvi İnformasiya Vasitələrinin böyük xidmətləri var. Azərbaycanla Türkiyə KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsində vaxtı ilə ölkəmizdə "Avrasiya" qəzetini nəşr edən məşhur jurnalist İrfan Sapmazın özünəməxsus xidmətləri var. İrfan Sapmaz eyni zamanda Azərbaycan Türk Agentliyinin təsisçisi və rəhbəri olub. Pakistandakı Peşavər Universitetini siyasi elmlər, daha sonra Bakı Dövlət Universitetini hüquq ixtisası üzrə bitirən və hazırda CNN-Türkün xəbər koordinatoru vəzifəsində çalışan İrfan Sapmazla "Mətbuat" firmasının rəhbəri, "Mediainfo.az" xəbər portalının və "Oxu məni" qəzetinin baş redaktoru və təsisçisi Emin Axund arasında görüş keçirilib. Türkiyənin tanınmış jurnalisti, "Mediainfo.az" xəbər portalının Türkiyə üzrə təmsilçisi Bayram Öztürkün də iştirak etdiyi görüşdə Emin Axundla İrfan Sapmaz iki ölkənin mətbuat əlaqələri sahəsindəki mövcud vəziyyətə toxunaraq qardaş ölkə Kütləvi İnformasiya Vasitələri arasında informasiya mübadiləsinin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Belə bir fikir vurğulanıb ki, Azərbaycan və Türkiyə KİV-ləri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qaldırılması hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan-Türkiyə münasibətlərinin və jurnalistikasının inkişafında göstərdiyi xidmətlərə görə, İrfan Sapmaz "Mətbuat" firmasının təsis etdiyi "Mətbuatın dostu" diplomu ilə təltif edilib. Diplomu İrfan Sapmaza təqdim edən "Mətbuat" firmasının rəhbəri Emin Axund ona bu sahədə yeni uğurlar arzulayıb. Təltif olunduğu diplomu iki ölkə arasında mətbuatın inkişaf etdirilməsinə verilən böyük dəyər hesab etdiyini söyləyən İrfan Sapmaz bundan sonra da Azərbaycanla Türkiyə KİV-ləri arasında əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi üçün çalışacağını və bu işə öz töhfəsini verməkdə davam edəcəyini söyləyib.
Əziz Mustafa
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































