Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN" markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.
Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.
Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən "Magna Trans" MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, "Magna Trans" MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir. (ölkə.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































