Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30 Oktyabr 14:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.
Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.