Metropolitendə polis şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də "Neftçilər" stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələbə bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirib.
DİN-dən Azadinform-a verilən məlumata görə, dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı ondan aşkar edilib.
E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


