Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Mediainfo.az saytının DGK Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən İsveçrə Konfederasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.
Nəticədə, çantanın içərisindəki ayaqqabının taylarında coraba bükülərək gizlədilmiş, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 199 ədəd - hər biri 100 avro nominalında əsginaslar olmaqla, cəmi 19.900 avro aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


