Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib.
DİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq aradan çıxıb.
"RQD-5" markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və "isti izlər"lə saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.
Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


